Yardımçı Fəhlə
 
JOB TITLE: Yardımçı Fəhlə
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-04 LAST UPDATED: 2021-05-04 DEADLINE: 2021-06-03

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Yardımçı Fəhlə
İş yeri: Bakı şəhəri
Yaş həddi: 20 - 35 yaş
Sürücülük vəsiqəsi: BC

Vəzifə öhdəlikləri:

- Sürücünün iş axışına uyğun verdiyi tapşırıqlara əməl etmək
- Ərazidə olan zaman müştəriyə malı səliqəli şəkildə çatdırmaq
- Mal təhvil verilən zaman avtomaşının yük yerində olan malların səliqəli düzlüşünü daim nəzarətdə saxlamaq
- Müştərinin malını mal qəbulu üçün təyin olunmuş yerə boşaltdıqdan sonra malları çeşidinə uyğun düzüb sürücünün təhvil verməsinə yardımçı olmaq
- Qaytarmaları təhvil aldıqdan sonra qaytarmaların səliqəli şəkildə avtomaşına daşınmasını təmin etmək
- Saf qaytarma və silinmələrin avtomaşına ayrı-ayrı yığılmasına diqqət etmək
- Müştəriyə çatacaq olan malı aparmadan öncə aparılacaq olan malları sürücü ilə dəqiqləşdirmək
- Ərazidə yaranan problemlər haqqında birbaşa rəhbərini məlumatlandırmaq
- Şirkət daxilində və ərazidə verilən tapşırıqları vaxtında və düzgün şəkildə həll etmək
- Ərazidə işi bitirdikdən sonra sürücü ilə birlikdə şirkətə qayıdaraq ərazidən yığdıqları silinmə və saf malların anbara təhvil verilməsində yardımçı olmaq
- Avtomaşının təmiz saxlanılmasına diqqət etmək
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
- Endirimli tibbi xidmət
- Əmək müqaviləsi

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: tarxan.qafarov@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Yardımçı Fəhlə” yazaraq CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP