Mal-material üzrə mühasib
 
JOB TITLE: Mal-material üzrə mühasib
EMPLOYER: ADORE kompani DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-05 LAST UPDATED: N/A DEADLINE: 2021-06-04



Şirkət: “ADORE kompani” MMC”
Vəzifə: “Mal-material üzrə mühasib

Namizədə tələblər

• Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1 C 8.2 proqramında sərbəst işləmək təcrübəsi;
• Məsuliyyətli və işində dəqiq olmaq;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

İşin təsviri

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunun təmin edilməsi;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Müəssisənin nümayəndəliklərində mal-materiala və əsas vəsaitlərə cavabdeh olacaq maddi-məsul şəxslərin təyin edilməsi və müəyyən dövr ərzində nümayəndəliklərdən mal-material və əsas vəsaitlərin inventarizasiyasını tələb etmək;
• Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib edilməsinə nəzarət etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
• Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması;
• Şöbə müdiri və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;

İş şərtləri

• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
• İş vaxtı 09:00 – 18:00;
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
• Əmək haqqı müsahibə əsnasında;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə hr.info@adoregroup.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mal-material üzrə mühasib” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP