Baş muhasib
 
JOB TITLE: Baş muhasib
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-05 LAST UPDATED: N/A DEADLINE: 2021-06-04

Başak Grup MMC "Baş muhasib" vəsifəsi üzrə vakansiya elan edir.

Tələblər:

- Ali təhsil ;
- Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi,
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- İş yeri: Bakı şəh, Ziya Bünyadov pr.13
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
- Əmək haqqı 1500-2000 AZN.

Vəzifə öhdəlikləri:

- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

Tələblərə uyğun namizədlər müvafiq başlıq altında CV formalarını hr@bashakgroup.az elektron poçt hesabına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP