Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: TIMSPORT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-06 LAST UPDATED: N/A DEADLINE: 2021-06-05

TIMSPORT şirkəti 23 ildən artıq müddətdir ki, idman komplekslərinin təchizatı sahəsində ixtisaslaşmışdır. Çoxillik təcrübə və peşəkarlıq sayəsində TIMSPORT hal hazırda Azərbaycanda idman sferasında fəaliyyət göstərən ən böyük şirkətdir. Bizim partnyorlar arasında dünyanın ən tanınmış idman avadanlıqları istehsalçıları var. TIMSPORT – Mondo (İtaliya), Kettler (Almaniya), Body Solid (ABŞ), HST (Türkiyə), VIA Bowling (Çin), Green Hill (Almaniya), EMD (İspaniya), Proteus (Tayvan), Donic (Almaniya), Duol (Sloveniya), Eleiko (İsveç), Erhard Sport (Almaniya), Schelde (Belçika), Greenfields (Hollandiya), Junckers (Danimarka), Fest Electronics (ABŞ) şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. TIMSPORT şirkətinin peşəkar mütəxəsisləri və montaj qrupları avadanlıqların operativ və keyfiyyətli quraşdırılmasını təmin edir. Ölkəmizdə yeganə olan ixtisaslaşmış servis xidmətimiz isə yaranmış nasazlıqları aradan qaldırmaq üçün həmişə xidmətinizdədir.

Vakansiya: Satış təmsilçisi
Şirkət: TIMSPORT

İş barədə məlumat

- Mağaza daxili satış
- Satışın onlayn və ya real şəkildə həyata keçirilməsi
- Zənglərin cavablandırılması, yeni təkliflər edilib və satışın həyata keçirilməsi
- Sosial şəbəkələr vasitəsilə müştərilərin cavablandırılması
- İdman malları barədə məlumatların öyrənilməsi
- Mağazaya gələn müştərini qarşılayıb suallarının cavablandırılması
- Həftə içi altı gün 9:00-dan 19:00-dək
- 1 saat nahar fasiləsi

Namizədə tələblər

- Azərbaycan və rus dilini bilmək
- Məsuliyyətli və mehriban olmaq
- Əlavə bacarıqlar üstünlükdür (İdman məhsulları barədə məlumatlı olmaq)

Əmək haqqı: 400-500 AZN
Ünvan: Heydər Əliyev prospekti 42A
E-mail: hr@timsport.az
Əlaqə: (099) 333-31-25
Əlaqədar şəxs: Orxan

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP