Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi (Gəncə)
 
JOB TITLE: Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi (Gəncə)
EMPLOYER: Azəralüminium MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-06 LAST UPDATED: 2021-05-06 DEADLINE: 2021-06-05

Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi (Gəncə)

Əmək funksiyaları:

• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətinin hazırlanmasında iştirak etmək, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün araşdırma aparmaq, təkliflər vermək və icrasına nəzarəti həyata keçirmək;
• vahid hesablar planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasına dəstək vermək;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya Zərər və digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
• Maliyyə və uçot şöbələrinə maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyətin konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasına dəstək vermək;
• Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
• Cəmiyyətin törəmə müəssisələrinin aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək;
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;

Namizədə olan tələblər:

• müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
• ixtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s. Üstünlük verilir)
• iş təcrübəsi (minimum 3 il)
• məsuliyyətli və intizamlı olmaq
• biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
• komandada çalışmaq bacarığı
• vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
• dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq
• mühasibat 1C 8.3 versiyasında işləmə bacarığı (Logo proqramı bilənlərə üstünlük verilir)
• ingilis və Rus dillərini bilənlərə üstünlük verilir.

Əmək haqqı: razılaşmaya əsasən

E-mail: hr@azeraluminium.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP