Satınalma mütəxəssisi
 
JOB TITLE: Satınalma mütəxəssisi
EMPLOYER: Altair Technologies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-06 LAST UPDATED: N/A DEADLINE: 2021-06-05

İş təklifi:

Altair Technologies MMC – Satınalma (Xarici və yerli) mütəxəssisi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ VƏ TƏLƏBLƏR:

• ÖHDƏLİKLƏR

o Şirkətin çeşidinə uyğun olaraq Avropa, Çin, Türkiyə və digər ölkələrdən uyğun təchizatçıların tapılması,
o Fərqli təchizatçıların bənzər məhsullarının müqaisəsinin aparılması,
o Təchizatçılardan qiymətlərin alınması, müzakirə olunması və şirkətin maraqlarına uyğun endirimlərin alınması,
o Logistika/Gömrük mütəxəssisi ilə birgə istehsal müddəti, daşınma müddəti, xərclərinin hesablanması, maya dəyərinin və şirkətin anbarına təslimat müddətinin hesablanması, rəhbərliyə bildirilməsi,
o Fərqli çeşidlərə daxil ola biləcək yeni məhsullar haqqında məlumatların daima online araşdırılması,
o Şirkət əməkdaşları və rəhbərliyi ilə birgə xarici səfərlərə gedilməsi, sərgi ziyarətləri,
o Bəzi stok məhsullarının (çeşidinin) zamanında stok (istehsal və daşınma müddətlərini nəzərə almaqla) planlanmasının aparılması,
o Bənzər işlərin yerli təchizatçılarla aparılmasının təmin olunması,

• TƏLƏBLƏR

o Xarici satınalmada iş təcrübəsi (ən azı 1 il),
o İngilis dilini ən azı intermediate səviyyədə bilməsi,
o Rus dili biliyi əlavə üstünlükdür,
o Yüksək səviyyədə punktuallıq,
o Detallara perfeksionist yanaşma,
o Yazılı komunikasiya imkanlarının yüksək səviyyədə olması.

İŞ ŞƏRTLƏRİ:

• Əmək haqqı başlanğıc (Net alacaq rəsmi maaş 500 AZN)
• Nahar şirkət tərəfindən qaşrılanmır
• Adaptasiya müddəti ödənişlidir (2 ay) və maaşı tam ödənilir
• Uyğun olduğu halda 2 ay sonra net 550 AZN
• Daha 4 ay sonra net 700 AZN
• Digər vəzifə perspektivləri də var
• İş yeri: Bakı ş. ərazisi
• İş vaxtı 9.00 – 18.00
• İlkin məlumatlandırma tam olaraq həyata keçiriləcək

CV göndərmək üçün:

1. Subject mövzusunda qeyd olunmalıdır: Satınalma (Xarici və yerli) mütəxəssisi
2. CV qeyd olunan e-mail ünvanına göndərilməlidir: eldar.ismayil@altair.az

Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı
(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP