Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi
EMPLOYER: Novo Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-06 LAST UPDATED: N/A DEADLINE: 2021-06-05

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri “Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

• Mövcud biznes proseslərin təhlilini aparmaq;
• Tənzimləyici sənədləri yaratmaq;
• Proseslər üzrə yarana bilən riskləri müzakirə etmək və təcili görülməli tədbirlər barədə Rəhbərliyə məruzə etmək;
• Biznes proseslərin optimallaşdırılması istiqamətində təhlillər aparmaq;
• Hər bir əməliyyat bölməsində risklərin idarə edilməsi fəaliyyəti barədə müntəzəm olaraq hesabatları təqdim edən sistemin fəaliyyət göstərməsini təmin etmək;
• Şirkətin risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyəti təşkil, təmin və təhlil etmək;
• Şirkətin qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərinin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət etmək.

TƏLƏBLƏR:

- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan dilini mükkəməl bilməli (rus və ingilis dili bilikəri arzuolunandır);
- Kompüter bilikləri yüksək səviyyədə (MS Office);
- Hüquq, idarəetmə, korporativ münasibətlər və ya metodologiya sahəsində ali təhsil və yaxud bu istiqamətlərdən birində 2 il iş təcrübəsi;
- Stressə davamlılıq;
- Ünsiyyət qurma bacarığı;
- Şəxsi inkişaf istəyinin olması

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP