Təcrübəçi ( Texniki Xidmət Şöbəsi)
 
JOB TITLE: Təcrübəçi ( Texniki Xidmət Şöbəsi)
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-07 LAST UPDATED: N/A DEADLINE: 2021-06-06

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- İş yeri – Türkan qəsəbəsi;
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək;
- Nahar Şirkət tərəfindən qarşılanır, iş yerinə servislə çatdırılma xidməti mövcuddur;
- Təcrübə müddəti 6 aydır. Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin olunacaqdır. Əmək haqqı 350 AZN net təşkil edir, qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə.

Vakansiya – Təcrübəçi ( Texniki Xidmət Şöbəsi)

Vəzifə öhdəlikləri

- Təmir aktlarının hazırlanması;
- Təmir məlumatlarının daxili sistemə işlənməsi;
- Yanacaq hesabatının hazırlanmasında iştirak;
- Cari təmirlə bağlı məlumatların verilməsi və təmir işləri ilə bağlı kordinasiya.
- Şöbənin digər işlərində texniki xidmət koordinatoruna dəstəyin göstərilməsi

Tələblər

• Təhsil : Təhsil - Ali ( Texniki ixtisaslar üzrə xüsusilə nəqliyyat mühəndisliyi üzrə ixtisaslar)
• Dil bilikləri: Azərbaycan Dili ana dili, İngilis dili üstünlükdür
• İT üzrə biliklər: MS Office
• İş təcrübəsi – tələb olunmur

Texniki Bacarıqlar

• Avtomobil ehtiyat hissələrinə dair biliklər , mühərriklərin işləmə prinsipi ilə bağlı biliklər

Səriştəlik

• Məsuliyyətli, disiplinli,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Texniki xidmət-Təcrübəçi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP