Elektrik ustası
 
JOB TITLE: Elektrik ustası
EMPLOYER: IMA Energy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-07 LAST UPDATED: N/A DEADLINE: 2021-06-06

Şirkət haqqında məlumat

“IMA-ENERGY” QSC sənaye obyektləri, iri və kiçik həcmli zavod və fabriklər, çoxmərtəbəli yaşayış binaları, komplekslərin və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemləri, alçaq gərginlikli enerji paylama sistemləri, zəif axın sistemləri, elektrik panellərinin, yarımstansiyaların və elektrik avadanlıqlarının tikintisini, quraşdırılmasını və təmiri işlərini həyata keçirir.

Vəzifənin adı- Elektrik ustası

İş barəsində məlumat

- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.

Namizədə tələblər

- Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
- Müvafiq sahə üzrə min 2-3 il iş təcrübəsi (neft qaz, zavod, platforma tikintisində iş təcrübəsi olanlara üstünlük veriləcək)

Məlumat

- İş yeri: Heydər Əliyev adına Neft Emalı zavodu
- Layihə müddəti: 5-6 ay
- Yemək, nəqliyyat və işçi geyimi şirkət tərəfindən qarşılanacaq. Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

İş qrafiki - 6 günlük iş rejimi (Tam iş günü)
Əmək haqqı - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndiriləcək.

Tələblərə uyğun namizədlərin cv@imaenergy.az e-mail ünvanına CV göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP