İT üzrə mütəxəssis
 
JOB TITLE: İT üzrə mütəxəssis
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-07 LAST UPDATED: 2021-05-07 DEADLINE: 2021-06-06

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İT üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

Əmək haqqı: 700 AZN

İş şəraiti:

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Kompüterlərə qrafik proqramlarını yazmaq (SolidWorks, Autocad, Autodesk Vault) və proqramlarda çıxan problemləri aradan qaldırmaq;
• Kompüterlərdə quraşdırılmış standart və ya əlavə avadanlıqlar üçün drayverlərin yüklənməsini və onların vaxtaşırı yenilənməsini təmin etmək;
• AP, Switch, Network Printers, Scanners və s. avadanlıqların sazlanmasını həyata keçirmək;
• Kompüterləri təmir etmək, HDD, Ram və s. kimi hissələrini dəyişdirmək;
• Kompüterlərdə antivirus proqramlarını quraşdırmaq və onların avtomatik yenilənməsini təmin etmək;
• Müvafiq olaraq lokal və ya internet şəbəkəsinə qoşulmasını təmin etmək;
• Çap qurğularını quraşdırmaq və onlara texniki qulluğu təmin etmək;
• İT təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək;

Tələblər:

• Ali təhsil (İnformasiya texnologiyaları, riyaziyyat və fizika sahəsində);
• İT sahəsi üzrə minimum 3-5 il təcrübə;
• Rus və ingilis (arzu olunan) dillərini yaxşı səviyyədə bilməli;
• TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP üzrə biliklər;
• Backup sistemləri üzrə biliklərin olması ( Acronis, Norton və s.);
• Periferiya qurğularının qoşulması Canon, Hp (professional printer) işləmə bacarığı;
• Microsoft Office 2007-2016 üzrə biliklər;
• Android və İOS əməliyyat sistemlərini bilməli;
• Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməli;
• Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
• Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
• Fikrini izah etmək qabiliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı,
• İşə planlı yanaşması;

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İT üzrə mütəxəssis” e-mail də mövzu (subject) bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP