Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi üzrə aparıcı mütəxəssisi
 
JOB TITLE: Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi üzrə aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-08 LAST UPDATED: 2021-05-08 DEADLINE: 2021-06-07

İT risklərinin idarəedilməsi departamenti Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Informasiya təhlükəsizliyi həlləri və insidentlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə monitorinq həyata keçirmək;
• Bankda informasiya təhlükəsizliyini təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması üçün təklif etmək;
• Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
• Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
• İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin
• toplanması, analizi və ümumiləşdirilməsi;
• Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
• İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
• İstifadəçilərin hüquqlarının dəyişdirilməsi / istifadəçilərin ləvğ olunması və ya yaradılması.

Tələblər

• İT, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması;
• İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində iş təcrübəsinin olması;
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır);
• Problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
• Şəbəkə administrator, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DBA , SQL, scripting bilikləri və sertifikatlar olanlara üstünlük verilir:
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP