Satış meneceri (mağazaların idarə edilməsi üzrə)
 
JOB TITLE: Satış meneceri (mağazaların idarə edilməsi üzrə)
EMPLOYER: LIBRAFF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-08 LAST UPDATED: N/A DEADLINE: 2021-06-07

İşəgötürən: LIBRAFF MMC
Vəzifənin adı: Satış meneceri (mağazaların idarə edilməsi üzrə)

2017-ci ildə əsası qoyulan “LIBRAFF” MMC - modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin 5 filialı Bakıda, 1 filialı isə Gəncə şəhərində fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri:

- Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- İşçilər haqqında obyektiv rəy vermək;
- Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar müəyyən etmək;
- Aylıq satış planının mağazalar tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
- Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
- Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq;
- Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
- Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək.

Tələb olunan bilik və təcrübə:

- Mağaza və mağazalar şəbəkəsi idarəçiliyi sahəsində azı 3 illik iş təcrübəsi - mütləqdir;
- Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
- Kitab və müəlliflər üzrə biliklər, trendlər haqqında məlumatlı olmaq;
- Kitab satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
- Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.

Tələb olunan bacarıqlar:

- Liderlik
- İdarəetmə bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Təşkilatçılıq
- Satış bacarıqları

İş haqqında məlumat:

İş vaxtının böyük hissəsi mağazalarda olacaq
İş qrafiki – sürüşkən, həftəlik 40 saat

Vakansiya ilə maraqlanan namizədlərdən müraciətləri human.resources@libraff.az email ünvanına göndərilməsi xahiş olunur.

QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP