iOS Developer
 
JOB TITLE: iOS Developer
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-09 LAST UPDATED: N/A DEADLINE: 2021-06-08

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (iOS)” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “iOS Developer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma departamenti, Proqram təminatının inkişafı şöbəsi
Vəzifə: Mobil proqram üzrə tərtibatçı (iOS)
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri

Vəzifə öhdəlikləri:

• Mobil platformaların hazırlanması və modifikasiyası;
• Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
• Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
• Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
• Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

• Swift 3+ (Objective-C biliyi arzuolunandır ) istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi;
• Keyfiyyətli kodlaşdırma təcrübəsi;
• Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
• Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
• Peşəkar və sürətli inkişaf arzusu;
• Testlərin yazılma bacarığı arzuolunandır.
• Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP