İR əməliyyatları üzrə mütəxəssis
 
JOB TITLE: İR əməliyyatları üzrə mütəxəssis
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-10 LAST UPDATED: 2021-05-17 DEADLINE: 2021-05-16

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: İR əməliyyatları üzrə mütəxəssis

Öhdəliklər:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallarn hazırlanması;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
- Dil bilikləri:Azərbaycan dili ;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
- İR sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
- Korporativ mobil nömrə;
- Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az

elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ İR əməliyyatları üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.06.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP