Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: N/A DEADLINE: 2021-06-15

Şirkət haqqında:

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Satıcı

Əsas vəzifə və öhdəliklər:

• Mağazaya daxil olan müştərilərin qarşılanması;
• Məhsulların təqdimatı;
• Alış / satış proseduru və qiymətlərin formalaşması üsulunun müştərilərə izah edilməsi;
• Satışın müvafiq qaydada uçotunun təşkili;
• Məhsulların vitrinlərə müvafiq qaydada yerləşdirilməsini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq,münasibətlərin qurulması və ünsiyyət bacarığı, satış və inandırmaq bacarığı, səbrli, gülərüz və stressə davamlı;
• Dil və komputer bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili (arzuolunandır.) Microsoft Office proqramları

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil arzuolunandır;
• Lyuks brendlerin satışı sahəsində ən azı 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP