Müəllim
 
JOB TITLE: Müəllim
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: N/A DEADLINE: 2021-06-15

“KASPİ” TƏHSİL ŞİRKƏTİNDƏ MÜƏLLİMLƏR ÜÇÜN KARYERA İMKANLARI!

“Kaspi” Təhsil Şirkəti 2021-2022-ci tədris ili üçün azərbaycan bölməsi üzrə “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinə müəllimlərin işə qəbulunu elan edir.

İŞƏQƏBUL AŞAĞIDAKI FƏNLƏR ÜZRƏ HƏYATA KEÇİRİLƏCƏK:

• Məktəbəqədər təhsil;
• İbtidai sinif;
• Azərbaycan dili və ədəbiyyatı;
• Rus dili və ədəbiyyatı;
• İngilis dili;
• Riyaziyyat;
• Kimya;
• Biologiya;
• Tarix;
• Fizika;
• Coğrafiya;
• İnformatika;
• Bədən tərbiyəsi;
• Rəsm.

MİNİMUM VAKANSİYA TƏLƏBLƏRİ:

• Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
• Sahə üzrə 1 il pedaqoji təcrübə.

“KASPİ” TƏHSİL ŞİRKƏTİ BİZİMLƏ İŞLƏMƏYİN MÜQABİLİNDƏ SİZƏ TƏKLİF EDİR:

• Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
• Fərdi və peşəkar inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İŞ QRAFİKİ:

“Kaspi” Liseyi: I-V günlər 8:00-17:00 və ya cədvələ uyğun olaraq
“Kaspi” Uşaq Bağçası: I-V günlər 8:00-17:00 və ya 9:00-18:00
“Kaspi” Hazırlıq Mərkəzi: Abituriyent, Məktəbəqədər və xarici dil hazırlığı – tam ştat və ya cədvələ və qrupların sayına uyğun olaraq

İş yeri: “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki filialları

Son müraciət tarixi: 16 iyun 2021-ci il

AZE:

- Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlər imtahan mərhələsinə dəvət olunacaq.
- İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsahibə və açıq dərs mərhələlərinə dəvət olunacaq.

“Kaspi” Təhsil Şirkətinin xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün www.kaspi.edu.az səhifəsinə keçid edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP