Lawyer
 
JOB TITLE: Lawyer
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: 2021-06-01 DEADLINE: 2021-06-15

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Hüquqşünas tələb olunur.

Vəzifənin rolu:

Hüquqşünasın şirkətdə rolu hüquq şöbəsinin işinin təşkili, qanunların tətbiqi ilə bağlı hüquqi məsləhətlərinin verilməsi və hüquqi məsələlərin həll edilməsini nəzərdə tutur.

Vəzifə öhdəlikləri:

• Şirkətin hüquq şöbəsinin işini təşkil edir
• Tabeçiliyndə olan işçilərin arasında iş bölgüsünü aparır və bacarıqla yerinə yetirilməsinə maksimum səy göstərir
• Müqavilə layihələrinə hüquqi rəy və təkliflər verir, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparır
• Dövlət idarə və təşkilatlarında şirkəti təmsil edir, şirkətin mənafeyinə aid qərarlarla bağlı məsələləri həll edir
• Müxtəlif hüquqi məsələlər barədə araşdırmalar aparır
• Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarına aid lazımi tədbirlər görür
• Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxır, qanunvericilikdə müəyyən edilmiş müddətdə onları cavablandırır
• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələri (alqı-satqı, icarə, xidmət, podrat, təsis və s.) hazırlayır
• Korporativ fəaliyyət ilə bağlı təlimat, qayda, iş prosedurlarını və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi təkliflər hazırlayır

Əsas tələblər:

Təhsil:
- Hüquq üzrə ali təhsil

Təcrübə:
- Hüquq sahəsində ən az 5 il təcrübə

Professional Biliklər:
• Azərbaycan Respublikası qanunları, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, müxtəlif nazirlik və komitələrin əsasnamə və təlimatları barədə məlumatlı olmalı
• Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mülki Məcəllə üzrə mükəmməl bilikli olmalı
• Müəssisə, idarə və təşkilatların hüquqi fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları bilməli
• Müqavilələrin tərtib olunması və bağlama qaydası haqqında biliklərə malik olmalı
• Azərbaycan dili mükəmməl, Rus, İngilis dilləri arzu olunandır
• MS Office

Professional Bacarıq və Kompetensiyalar:

• İş bölgüsü
• Danışıqların aparılması
• Ünsiyyət bacarıqları
• Detallara diqqət
• Nəticə yönümlülük
• Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.


Founded in 1996, Sinteks Group of Companies is one of the largest and most successful fashion retail companies in the Caucasus and Central Asia.

Sinteks manages more than 100 of fashion, jewelry, beauty and household utilities stores, and around 10 branches of coffee shops. Represents leading international brand names in luxury, premium and mass-market segments.

We are currently looking for Lawyer to join Sinteks Group of Companies.

The role:

The role of the lawyer in the company is to organize the work of the legal department, provide legal advice on the application of the law and resolve legal issues.

Job responsibilities:

• Organizes the work of the legal department
• Divides workload among the employees under supervision and makes maximum effort for the skillfull delivery
• Provides legal opinions and proposals on drafted contracts, discusses and agrees on contract provisions
• Represents the company in government agencies and organizations, resolves issues related to decisions in the favor of the company
• Conducts research on various legal issues
• Takes necessary actions against decisions of courts and other government agencies that run counter to the company's interests
• Reviews appeals, applications and complaints received from state bodies, other persons and institutions, responds within the period established by the legislation
• Prepares different types of contracts (purchase, lease, service, contract, establishment, etc.) in different areas
• Develops guidelines, rules, work procedures and legal proposals for the improvement of these normative documents related to corporate activities

Main requirements:

Education:
• Higher education in Law

Experience:
• At least 5 years of Legal/Law experience

Professional knowledge:
• Knowledge on the laws of the Republic of Azerbaijan, resolutions of the Cabinet of Ministers, decrees and orders of the President, regulations and instructions of various ministries and committees
• Knowledge on methodological, normative and other guiding materials related to the legal activities of enterprises, departments and organizations
• Knowledge on procedure of drafting and concluding the contract
• Proficiency in Azerbaijani, Russian and English are desirable
• MS Office

Professional skills and Competencies:
• Ability of work division
• Business Communication
• Negotiation
• Detail oriented
• Result oriented
• Responsibility

Interested candidates, please send your CV to recruitment@sinteks.com highlighting the position name “Lawyer” in the subject line.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP