Rəngsaz
 
JOB TITLE: Rəngsaz
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: N/A DEADLINE: 2021-06-15

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya,Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Rəngsaz

Vəzifə öhdəlikləri:

- Mebel ehtiyat hissələrinin rənglənməli olan bütün detallarının rənglənməsini təmin etmək;
- Rəngləmə və laklamanın texniki şərtləri və keyfiyyət tələbləri ilə rəngləməni təmin etmək;
- Səthlərin yüksək keyfiyyətli rənglənməsi və bir neçə tonda bəzədilməsi ilə bağlı mürəkkəb rəngsaz işlərinin yerinə yetirmək;

Namizədə tələblər:

- Ali ve ya orta təhsilli
- Mebel istehsalı sahəsində 2-5 il təcrübə
- Rənglədiyi yerlərin qurulması və rənglədiyi əşyaların daşınmasının norma və qaydalarını bilməli;
- Rənglədiyi materialların quruluşunu və yapışma xüsusiyyətlərini bilməli;
- Rəng püsgürdücü avadanlığın sazlanma mexanizmini və üsullarını bilməli.

İş şərtləri:

• Həftədə 6 iş günü, 1 gün istirahət
• İldə 1 dəfə məzuniyyət haqqı
• 1 saat nahar fasiləsi və 2 dəfə 20 dəqiqəlik çay fəsilələri
• Əmək haqqı: 700-800,İş təcrübəsindən asılı olaraq əmək haqqı 1000 azn-dək arta bilər.
• İş yeri Abşeron r-nu, Masazır qəs., Park Mazasır Yaşayış Kompleksinin içində
• İşçilərin işə gəlmə və getməsi üçün Sumqayıt,20 Yanvar və Masazır qəsəbəsindən servis xidmətimiz mövcuddur.

Uyğun namizədlər hr@damlamebel.az ünvanına cv göndərə və yaxud 0774651127 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP