Mebel üzrə dizayner
 
JOB TITLE: Mebel üzrə dizayner
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: N/A DEADLINE: 2021-06-15

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Mebel üzrə dizayner

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Mebel üzrə Dizayn sahəsində minumum iki il təcrübəsi olmalıdır;
• Azərbaycan dilini səlist bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Yüksək səviyyəli kompüter bilikləri: Microsoft Office, Adobe PhotoShop, Adobe InDesign, Corel Draw, Illustrator, Adobe Acrobat, Autocad, 3DS Max kimi qrafik proqramlarda işləmək bacarığı
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

• Mebel ölçülərinin götürülməsi;
• Autocad proqranı vasitəsi mebel dizaynının hazırlanması;
• İstehsal prosesində verilən dizaynın düzgün reallaşdırılmasına nəzarət edilməsi;
• Erqonomika anlayışı;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü;
• Karyera yüksəlişi imkanı;

Qeyd: Yalnız portfolio təqdim edən namizədlərin CV-ləri nəzərə alınacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/513-mebel+uzre+dizayner

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP