İT Dəstək və Şəbəkə Mühəndisliyi üzrə Təcrübəçi
 
JOB TITLE: İT Dəstək və Şəbəkə Mühəndisliyi üzrə Təcrübəçi
EMPLOYER: PITS Tehcnology Solutions DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-16 LAST UPDATED: N/A DEADLINE: 2021-06-15

Vəzifə(lər): İT Dəstək Üzrə Təcrübəçi / Şəbəkə Mühəndisliyi Üzrə Təcrübəçi

Şirkət: PITS Texnoloji Həllər Şirkəti

Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

PITS Məlumatların bərpası, İT Audit, İdarəolunan İT Xidmətlər, Məlumatların Məhvi, İT Təhlükəsizlik xidmətləri, İT layihələrin idarəsi və s. kimi xidmətləri əhatə edən geniş müştəri portfeli olan qabaqcıl İnformasiya Texnologiyaları Şirkətidir. Təməli Azərbaycanda qoyulan PITS-in Gürcüstan, Türkiyə, ABŞ və Almaniyada filialları fəaliyyət göstərir. Dünyanın qabaqcıl ölkələrinin İT şirkətləri ilə əməkdaşlıq münasibətləri yaradan PITS texniki dəstək üzrə sayılı müqavilələr imzalayaraq bu şirkətlərin zəngin təcrübə və biliklərinə yiyələnməyə müvəffəq olmuşdur.

Hazırda PITS-də Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər yaxın sahələrdə peşəkar olmaq niyyətində olan IV kurs və magistratura tələbələri üçün Yay Təcrübə Proqramı 2021-ə start verilir. Proqramın davam etdiyi müddətdə seçilmiş təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər, yeni bilik və bacarıqlara yiyələnəcəklər. 2017-ci ildən bu yana davamlı olaraq PITS Təcrübə proqramlarında iştirak edən təcrübəçilərin hər biri ölkənin qabaqcıl şirkət və müəssisələrində aparıcı mühəndislər olaraq çalışmaqdadır. Təcrübə Proqramı müddətində bütün tədris vasitələri şirkət tərəfindən təqdim olunur. Proqrama qəbul imtahan və müsahibə əsasında olunur və uyğun ən yaxşı 5 namizəd seçilərək Təcrübə Proqramında iştirak etmək şansı qazanır. Proqramın sonunda da imtahan əsasında uğurlu təcrübəçilərə sertifikat təqdim olunur.

Tələb olunan bilik və bacarıqlar:

• Texnologiyaya maraq və yenilikçi olmaq niyyəti;
• Detallara diqqət və dərin yanaşma;
• Analitik düşüncə;
• Dinləmə, sənədlərlə işləmə bacarığı;
• Azərbaycan dilində sərbəst ünsiyyət (şifahi və yazılı);
• Windows Əməliyyat Sistemləri;
• E-mail Protokolu haqqında ilkin biliklər;
• Şəbəkə Protokolu haqqında ilkin biliklər;
• Microsoft Office proqramları üzrə uyğun biliklər;

Proqram haqqında məlumat:

- Təcrübə müddəti- 3 ay;
- Həftə içi 5 tam iş günləri;
- Təcrübəçilər real İT İnfrastrukturlarla tanış olurlar;
- Təcrübəçilərə real tapşırıqlar təqdim olunur və işləri ölçülür;
- Nəzarətçi-mühəndisin rəhbərliyi ilə İT etikası, İT xidmətin əsasları öyrədilir;
- Təcrübə müddətinin sonunda təcrübəçilər Sertifikatla təltif olunacaq:

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Yay Təcrübə Proqramı 2021” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP