Mal material üzrə mühasib
 
JOB TITLE: Mal material üzrə mühasib
EMPLOYER: Azconstruction QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-17 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

“Azconstruction” QSC Mal material üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır.
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir.
• Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir. Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir.
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir.
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir.
• Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1C 8.2) bazasına əlavə edir.
• İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir. Qaimələri, aktları tərtib edir.
• Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir.
• Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
• Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir. Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir.
• Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət edir.

Namizədə tələblər:

• Ali təhsil
• 1 C 8.2 proqramında sərbəst işləmək təcrübəsi
• Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi;
• Azərbaycan, Rus dillərində sərbəst bilmək (ingilis dili arzuolunandır);
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Mal material üzrə mühasib " yazaraq hr@azcon.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP