Maliyyə meneceri
 
JOB TITLE: Maliyyə meneceri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-17 LAST UPDATED: 2021-05-17 DEADLINE: 2021-06-16

Maliyyə meneceri

Əsas vəzifə və öhdəliklər:

• Milli Mühasibat Uçotun Standartları əsasında uçot siyasətini təşkil etmək;
• Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
• Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
• Şirkətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
• Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və şirkətin əmlakının qorunması istiqamətində tədbirlər görmək
• Şirkətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
• Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
• Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
• Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
• Şirkətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
• Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb İdarə heyətinə təqdim etmək;
• Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını, müvafiq orqanlara verilməsini və təhlil edərək rəhbərliyə məlumat verilməsini təmin etmək;
• Şirkət üzrə əmlakın və öhdəliklərin inventarizasiyasının aparılmasına dair əmr layihəsi hazırlamaq, inventarizasiyanın müəyyən edilmiş prosedur qaydalara uyğun aparılması üçün inventarizasiya komissiyasının üzvlərinə təlimatı izahatlar vermək;
• Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikiliyinin, qanunsuz istifadənin qarşısını almaq məqsədilə tədbirlərin görülməsini təmin etmək, təklif hazırlayaraq rəhbərliyə təqdim etmək;
• Pul vəsaitlərin və maddi - əmtəə sərvətlərin əskikliyi və ya oğurlanması aşkar olunduqda müvafiq sənədlərin tərtibatı və zəruri hallarda istintaq orqanlarına təqdim edilməsini rəhbərliyi məlumatlandırmaqla təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;
• Milli Mühasibat Uçotu Standartları;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili və Rus dili yaxşı;
• Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;

Əmək haqqı: 3000 manat (Vergi və digər ödənişlər daxil olmaqla)

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq ixtisaslar üzrə ali təhsil;
• İstehsalat şirkətlərində minimum 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Maliyyə meneceri" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP