SƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə mütəxəssis
EMPLOYER: AzerFloat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-17 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

"AzerFloat" Vərəqə Şüşə İstehsalı Zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir və Float texnologiyası (isti vannada yayma) əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsalı ilə məşğuldur.

Vakansiya: SƏTƏM üzrə mütəxəssis

İş yeri: Azerfloat CJSC

Vəzifə və Öhdəlikləri:

• Giriş ,ilkin ,iş yerində və vaxtaşırı keçirilmiş təlimatların jurnallarının hazırlanması;
• Texniki təhlükəsizlik təlimatlarının keçirilməsinə nəzarət;
• SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
• Risk qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin sənədləşdirilməsində iştirak etmək;
• Təmir - quraşdırma işlərində əməyin təhlükəsizliyi prosedurlarının
hazırlanmasına köməklik etmək;
• Fərdi Mühafizə Vasitələrinin işçilər tərəfindən düzgün istifadə olunmasına nəzarət etmək ;
• İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
• Baş vermiş hadisələr, kənarlaşmalar və qüsurlar barədə vaxtında hesabat hazırlamaq və müdriyyətə məlumat vermək;

Tələblər

• Ali təhsil
• Bu sahədə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan, Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır)
• Komandada işləmək bacarığı
• Ünsiyyət qurmaq qabiliyyəti
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

İş şəraiti:

• İş qrafiki: növbəli
• Tibbi sığorta
• Servis və nahar ilə təmin edilir
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Müraciətlər: recruitment@azerfloat.az elektron poçt ünvanına göndərilməlidir
Zəhmət olmasa mövzudakı vəzifənin adını göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP