1C Mühasibat sisteminin proqramçısı
 
JOB TITLE: 1C Mühasibat sisteminin proqramçısı
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-17 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

1C Mühasibat sisteminin proqramçısı

Əsas öhdəliklər

• 1C Mühasibat sisteminin tətbiqi (Versiya 8)
• 1C Mühasibat (Versiya 8) sisteminin tələblərinə dair təhlilin və təsnifatın aparılması
• 1C Mühasibat modullarının konfiqurasiyası və başa çatdırılması
• Texniki tapşırıq sənədinə uyğun 1C proqram təminatını tətbiq etmək/proqramlaşdırmaq;
• Texniki tapşırıq sənədində qeyd edilənlərə optimal həll vermək;
• Layihə üzrə proqramlaşdırılma planını (deadline) vaxtında bitirmək.;
• 1C proqram təminatını quraşdırmaq;
• Proqram təminatını test etmək;
• Yeni modulların yazılması ve dəyişikliklərin edilməsi.
• İstifadəçi dəstəyi üzrə təcrübə
• 1C proqramlaşdırma dilində kod yaza bilməsi
• Verilən tapşırığa adaptasiya olmaq ve sərbəst araşdırmaq;
• Texniki rus ve ingilis dili (daha yaxşı bilenlere üstünlük verilir);
• Diqqətli ve məsuliyyətli olmaq;

Namizədə olan tələblər

• Ali təhsil
• 1C platformasını bilmək
• 1C Mühasibat (Versiya 8) sisteminin hazırlanması və ya tətbiqində təcrübə
• Azərbaycan / Rus dillərini bilmək

İş şərtləri

• Freelance

Məlumatlandırıcı qeydlər

• Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
• Bilik və bacarıqlarınız vakansiyaya uyğun hesab edirsinizsə özünüz haqda əsas məlumatı qısa video-müsahibə formatında təqdim edin;
• Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanmasıda məqsədə uyğundur;
• CV formasında əsas məlumatları düzgün və aydın qeyd edin;
• Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır.
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
• Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “1C Mühasibat sisteminin proqramçısı” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP