Kimyaçı - mühəndis
 
JOB TITLE: Kimyaçı - mühəndis
EMPLOYER: Göygöl Şərab Zavodu ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-17 LAST UPDATED: N/A DEADLINE: 2021-06-16

İş yeri: “Göygöl Şərab Zavodu” ASC, Göygöl şəhəri

Vəzifə: Kimyaçı - mühəndis (alkoqollu içkilər sahəsi)

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi – Cümə
İstirahət günü: Şənbə, bazar
Texnologiya, kimya və qida sahələri üzrə ali təhsil tələb olunur.

Namizəd üçün tələblər:

• Normativ-texniki sənədlərə uyğun olaraq köməkçi xammala fiziki-kimyəvi nəzarəti həyata keçirilmək, tələblərə və normativ sənədlərə müvafiq hazır məhsula nəzarəti həyata keçirmək;
• xammal və hazır məhsul nümunələrin götürülməsi qaydalarını bilmək;
• Qaz xromatoqrafına cari qulluq, alkoqollu içkilərin xromatoqraf üsulu ilə yoxlanılması, cihazın kalibrlənməsi və tənzimlənməsi qaydalarını bilmək (təlim olacaq).
• Laboratoriya jurnallarının aparılması və laboratoriya daxili nəzarətdə iştirak etmək;
• Hazır məhsul nümunələrini laboratoriya anbarında formalaşdırmaq və qeydiyyatını aparmaq;
• Məhsulun keyfiyyətinə nəzarət etmək üçün reaktivlərin hazırlanmasını bacarmaq;
• Alkoqollu içkilərin dequstasiyasının aparılmasında iştirak etmək (təlim olacaq).
• Laboratoriya avadanlığı ilə işləmək, istismar qaydalarını bilmək;
• İşçi təqdim olunan normativ-texniki sənədləri (DÜST-lər, standartlar, xammal və hazır məhsullar üçün texniki tələblər) tez öyrənmək qabiliyyətinə malik olmalıdır;
• İstehsal üçün alınan xammalın “giriş nəzarəti” üzrə təhlilini aparmaq.
• Çalışqanlıq, dəqiqlik, öyrənmə qabiliyyəti, xeyirxahlıq.
• İşçinin yaş həddi - 23-dən 40-dək.
• Rus dilində oxumaq, yazmaq, sərbəst danışmağı bacarmalıdır.
• İşçilər nahar və işə gəlib getmə nəqliyyat vasitəsilə təmin olunur.
• Müsahibənin nəticələrinə əsasən əmək haqqı.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
Gəncə və Gəncə ətrafı rayonlarıdan olan namizədlərə üstünlük verilir.

E - mail : cv@xan.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP