Aparıcı mühasib
 
JOB TITLE: Aparıcı mühasib
EMPLOYER: Faktor Qrup-S-1 QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-18 LAST UPDATED: N/A DEADLINE: 2021-06-17

Vakansiya: Aparıcı mühasib

Şirkət: “Faktor Qrup-S-1” QSC
İş yeri: BAKU CİTY RESİDENCE Koroğlu
Əlaqə: ramila.Ahmadova@factor-group.az

İş barədə məlumat

İş yeri: Bakı şəhəri (Tikinti şirkəti)
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat)
Yaş həddi: 26 -45 yaş

Vəzifə öhdəlikləri:

- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil və nəzarəti;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini, aylıq, rüblük və illik Vergi hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtibi və nəzarəti;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsinə nəzarət;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması, müvafiq yazışmaların aparılması və şəxsi vərəqə ilə işləmək;

Tələblər:

- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (xüsusilə Excel), 1C 8.3

Təminatlar:

- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki
- Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi r.ahmadova@bcr.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP