Avtomobil üzrə Satış meneceri
 
JOB TITLE: Avtomobil üzrə Satış meneceri
EMPLOYER: Improtex Trucks and Buses LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-18 LAST UPDATED: N/A DEADLINE: 2021-06-17

Avtomobil üzrə Satış meneceri

Improtex Trucks and Buses MMC-nin əsas fəaliyyətini yük avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir. Şirkət 2005-ci ildə kommersiya avtomobillərinin lider istehsalçısı – “MAN Truck and Bus” AG-nin rəsmi idxalçısı kimi fəaliyyətə başlamışdır. Çox qısa zamanda “Improtex Trucks and Buses” MMC bazarı ələ keçirdi və yüksək sinif Avropa istehsalı kommersiya avtomobilləri arasında No1 mövqeyə sahib oldu. “MAN Truck and Bus” AG müxtəlif məqsədlər üçün kommersiya avtomobillərinin istehsalı ilə məşğuldur.

Ünvan: Bakı şəhəri, Salyan şossesi 15-ci km
Staj: Müvafiq sahədə minimum 2 il
Yaş həddi: 25 — 40 yaş
Təhsil: Ali təhsil
İş qrafiki: Altıgünlük
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: 600 AZN + satışdan bonus

İş barəsində:

• Satışı ilə məşğul olduğu brend haqqında müştərilərə ətraflı məlumat vermək;
• Müştəri maraqlarını öyrənmək və ona ehtiyacına uyğun təkliflər etmək;
• Müştəri üçün test-drayv təşkil etmək;
• Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
• Satılan avtomobili müştəriyə təhvil vermək;
• Avtomobil bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək, rəqibləri izləmək;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;

Tələblər:

• Ali təhsil;
• Sürücülük vəsiqəsi;
• Avtomobil satışı sahəsində iş təcrübəsi;
• Müştəri ilə işləmək bacarığı;
• Ünsiyyətcil;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
• Azərbaycan dili, Rus və İngilis dili -əla səviyyədə olmalı

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Avtomobil üzrə satış meneceri" yazmaqla Bahruz.Valizada@az.man-mn.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP