Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)
 
JOB TITLE: Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)
EMPLOYER: NBCO KredAqro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-19 LAST UPDATED: N/A DEADLINE: 2021-06-18

Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC bölgələrdə yerləşən filialları üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Kredit sahəsində ən azı 2 (iki) il və ya Problemli kreditlərin yığılması sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi;
• VÖEN;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş yeri: Ağdaş (əhatə dairəsi-Ağdaş, Bərdə, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Yevlax, Tərtər, Ucar), Cəlilabad (əhatə dairəsi-Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Lerik), Quba (əhatə dairəsi-Quba, Qusar, Xaçmaz), Gəncə (əhatə dairəsi-Gəncə, Goranboy, Tovuz, Qazax, Ağstafa, Şəmkir), Zaqatala (əhatə dairəsi-Zaqatala, Balakən, Qax, Şəki, Oğuz) regionları üzrə;
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• Xidmət müqaviləsi üzrə rəsmiləşdirilmə;
• Danışıq xərcləri və iş görüşmələri zamanı nəqliyyat xərcləri ilə təmin edilmə;
• Xidmət haqqına- ilk üç ay yığımın 5%-i, üç aydan sonra 20%-i daxildir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – müvafiq regionun adı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP