Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: Kulinarium DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-19 LAST UPDATED: N/A DEADLINE: 2021-06-18

KULİNARİUM şirniyyat, un məmulatları və çörək mağazasına Satıcı tələb olunur.

İş yeri: Azadlıq prospekti 108 ünvanında yerləşən mağaza (Bakı Sağlamlıq və Travmatoloqiya institutunun yanı)

Vəzifə öhdəlikləri:

- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
- Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
- Bölmənin təmizliyini və səliqəsini təmin etmək
- Mağazada məhsulların çeşidlərinin mövcudluğunu təmin etmək
- Mağazanın iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq

Əsas tələblər:

Təhsil:
- Orta təhsil (Ali təhsil arzu olunandır)

Təcrübə:
- Pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Professional biliklər:
- Azərbaycan və Rus dilini səlis bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət

Şirkət təklif edir:

Əmək haqqı 400 - 500 AZN
Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
Nahar yeməyi

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Satıcı” qeyd edərək kulinarium.az@gmail.com, elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP