MRP Administrator
 
JOB TITLE: MRP Administrator
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-19 LAST UPDATED: N/A DEADLINE: 2021-06-18

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: MRP Administrator

İş qrafiki :

5 günlük / saat 09:00 – 18:00

İşin təsviri:

• MRP proqramında administrative işlərin aparılması
• İstehsalatda MRP proqramı ilə bağlı yarana biləcək problemlərin anında həlli
• MRP proqramında yeni istifadəçi formalarının yaradılması və düzəlişi
• T-SQL dilində sorğuların yazılması
• Yazılan sorğuların dəstəklənməsi
• Crystal Reports ilə hesabat fayllarının hazırlanması

Tələblər :

• Ali təhsil
• T-SQL dili normal səviyyədə və bu sahədə minimum 1 illik iş təcrübəsi
• Rus dili biliyi yüksək səviyyədə (support şirkəti ilə danışıqlar və yazışmalar)
• İngilis dili biliyi (texniki sənədləri oxuyub anlamaq)
• Qrupla işləmə bacarığı

Xahiş olunur CV göndərərkən mövzu yerinə Sizə uyğun vakansiyanı qeyd edib bu ünvana göndərəsiniz.

Rus dili bilməyən namizədlər müraciət etməsin!

E-mail: career@embawood.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP