Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-20 LAST UPDATED: N/A DEADLINE: 2021-06-19

Avlolüks Azərbaycan” MMC-yə mühasib tələb olunur.

İş qrafiki : 9:00-18:00/bazaar ertəsi-cümə

Namizədə olan tələblər:

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 1 il iş təcrübəsi;
• Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
• 1C Mühasibatlıq 8.3 versiyasında iş təcrübəsi arzuolunandır

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin qeydiyyatının aparılması
• Əsas vəsaitlərin hərəkətinə uçot sistemində nəzarət və əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
• Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
• Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
• Əsas vəsaitlərin ildə iki dəfə və ya daha artıq dəfə inventarizasiyası
• Əsas vəsaitlər üzrə siyasət və prosedurların bərqərar və tətbiq edilməsinə dəstək
• Əsas vəsaitlərin hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi
• Mühasibatlıqla və digər şöbələrlə birlikdə səmərəli mühasibatlı üsullarının tətbiq olunmasının, habelə əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı digər şöbələrin biznes tələbatlarının düzgün başa düşülməsinin təmin edilməsi
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi
• Lazım gələrsə Maliyyə-mühasibatlıq şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
• Daxili təsərüfat məqsədli və şirkətə məxsus əsas vəsaitlərin təmirinə sərf edilən materialların aktını tələb etmək və nəzarətdə saxlamaq
• Aylıq və günlük hesabatlar hazırlamaq
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
• Anbar inventarizasiyalarında iştirak etmək
• Ay sonu bağlanışına yardım etmək

E-mail : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP