Mağaza meneceri
 
JOB TITLE: Mağaza meneceri
EMPLOYER: Emsa Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-20 LAST UPDATED: N/A DEADLINE: 2021-06-19

Emsa Bakı MMC Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

• Ali təhsil;
• 25-45 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;

Vəzifə öhdəlikləri:

• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq mağazanın işinə nəzarət etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
• Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
• Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Mağazanın işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
• Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
• Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
• İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
• Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar
• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının məyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
• Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
• Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
• Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi

İş şəraiti:

• İş saatı Əmək qanunvericiliyinə uyğun tənzimlənir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Uyğun namizədlər şəkilli CV-lərini hr@emsa.az mail ünvanına Mağaza meneceri başlığı ilə göndərə bilərlər.( Xahiş edirik ki, ancaq uyğun namizədlər CV göndərsin)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP