İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
 
JOB TITLE: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
EMPLOYER: Gənclərin İnkişaf və Karyera Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-20 LAST UPDATED: 2021-05-20 DEADLINE: 2021-06-19

GİKM nümayəndəliklərində çalışmaq istəyən gənclər!

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edir!

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.

Sərəncamdan yola çıxaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Hacıqabul, İmişli, Kürdəmir, Naftalan, Salyan, Şirvan, Ucar, Xızı, Zərdab nümayəndəliklərində vakansiyalar elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 31 may 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi nümayəndəliyi üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

Vəzifə: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır.
- Komandada işləmə qabiliyyəti, ünsiyyət, təqdimetmə bacarığı, məsuliyyət, operativlik və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
- MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı olmalı.

Əsas vəzifə öhdəlikləri:

- Sosial şəbəkələrdə kontentləri yazmaq, yayımlamaq və şərhləri vaxtlı-vaxtında cavablandırmaq
- Nümayəndəliyin regionda keçirilən fəaliyyətinin yerli mediada işıqlandırılmasını təmin etmək
- Aylıq sosial şəbəkə və media hesabatlarını hazırlamaq
- Mərkəzin korporativ üslubuna əməl etmək
- Aylıq paylaşım planlarını hazırlamaq və icra etmək

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP