Mühasib Köməkçisi
 
JOB TITLE: Mühasib Köməkçisi
EMPLOYER: PAY Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-21 LAST UPDATED: N/A DEADLINE: 2021-06-20

Mühasib Köməkçisi

Daxili dizayn məhsullarının showroom-u (giriş və otaq qapıları və aksesuarlar, parket, divar kağızı və s.) mühasib köməkçisi vəzifəsinə xanımların işə qəbulunu elan edir.

Tələblər:

- Ali təhsil;
- Bu vəzifədə təcrübə: ən azı 3 il;
- Dillər (səviyyə): Azərbaycan, Rus - səlis;
- Kompüter bilikləri (xüsusi proqramlar): təcrübəli PC istifadəçisi. Proqramları bilmə: Excel, Word, Power Point, Outlook, Adobe PDF;
- Düzgün şifahi və yazılı dil biliyi;
- 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;

Vəzifələr:

- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- 1C müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirmək;

İş şəraiti:

• İş qrafiki: Həftənin 5 günü: 10:00-dan 19:00-dək
• Şənbə və bazar qeyri iş günüdür
• Nahar şirkət tərəfindən təmin olunur
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Sınaq müddəti 2 həftə;

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi hr@paygroup.az e-mail ünvanına göndərəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP