Marketinq meneceri
 
JOB TITLE: Marketinq meneceri
EMPLOYER: SAT Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-21 LAST UPDATED: 2021-05-21 DEADLINE: 2021-06-20

Marketinq meneceri

Şirkət haqqında: SAT Group MMC (Təlim və konsaltinq şirkəti)

SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 500-dən artıq şirkətlərdə satış, marketinq, insan resursları, ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir.

İş şəraiti:

Ünvan: Caspian Plaza, 1-ci korpus, 3-cü mərtəbə
Həftəlik iş qrafiki: 5 gün
İş saatları: 10:00-19:00 / 09.00 – 18.00
Əmək haqqı: namizədə görə dəyişir

Vəzifə öhdəlikləri:

• Marketinq şöbəsinin işinə nəzarət edir
• Şirkət strategiyasının icrasına nəzarət edir
• Satışa yönəlik marketinq fəaliyyətinə nəzarət edir (dijital reklamlar, mail marketinq)
• Brendinqə yönəlik aylıq aktivlikləri hazırlayır və icrasına nəzarət edir (bloq, webinar, seminar, forum, faydalı youtube videoları, canlı yayım)
• Müştəri loyallığı proqramlarını hazırlayır və icrasına nəzarət edir
• Müştəri xidmətinin keyfiyyətinə nəzarət edir və artımı yönündə tədbirlər görür
• CRM sisteminə, DATA keyifiyyətinə nəzarət edir, müştəri feedbacklərini analiz edir, DATA analitikasını həyata keçirir
• Sosial media postları üçün kontent menecerə və qrafik dizaynerə təqdim etmək üçün brief-ləri hazırlayır
• Partnyorlarla effektli işin təşkilini təmin edir (Networking.az, Marsol, ABB Sahibkarlar Klubu)

Tələb olunan təcrübə və biliklər:

• Marketinq üzrə minimum 3 il iş təcrübəsi
• Ali təhsil (İqtisadiyyat, Marketinq, Menecment üstünlük verilir)
• MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək

Tələb olunan səriştələr:

• İdarəçilik bacarığı
• Danışıq aparma bacarığı
• Korporativ davranış bacarığı
• Yüksək ünsiyyət və təqdimat bacarığı
• Dinamiklik, analitik düşünmə və problem həll etmə bacarıqları
• Təşəbbüskarlıq və nəticəyə yönəlik işləmə bacarığı
• Yeniliklərə açıq olmaq və kreativlik

E-mail: gunel.f.muradzade@gmail.com

*CV göndərərkən əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP