Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Max Print DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-21 LAST UPDATED: N/A DEADLINE: 2021-06-20



“Max Print” MMC-yə Mühasib tələb olunur.

İş qrafiki : 9:00-18:00

Namizədə olan tələblər:

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 1 il iş təcrübəsi;
• Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
• 1C Mühasibatlıq 8.3 versiyasında iş təcrübəsi arzuolunandır

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin qeydiyyatının aparılması
• Pul vəsaitinin uçotu və hərəkətinə nəzarəti, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və nəzarəti, zərarələrin qarşısı alınması məqsədilə tətbilərin həyata keçirilməsi
• Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
• Əsas vəsaitlərin hərəkətinə uçot sistemində nəzarət və əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
• Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi
• Əsas vəsaitlərin hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi
• Mühasibatlıqla və digər şöbələrlə birlikdə səmərəli mühasibatlı üsullarının tətbiq olunmasının, habelə əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı digər şöbələrin biznes tələbatlarının düzgün başa düşülməsinin təmin edilməsi
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi
• Lazım gələrsə Maliyyə-mühasibatlıq şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək

E-mail : gunay.huseynova@max-print.biz

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP