Mebel üzrə montajçı-usta (Goranboy və Bərdə)
 
JOB TITLE: Mebel üzrə montajçı-usta (Goranboy və Bərdə)
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-21 LAST UPDATED: N/A DEADLINE: 2021-06-20

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: “Mebel üzrə montajçı-usta(Goranboy və Bərdə)

İş qrafiki : 6 günlük / 09:00 – 18:00

İş yeri: Bakı, Azərbaycan

İşin təsviri :

-Mebellərin satılan ünvanlarda quraşdırılması

Tələblər :

- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Mebel üzrə montajçı-usta(Goranboy və Bərdə) qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP