Kababçı
 
JOB TITLE: Kababçı
EMPLOYER: Atmosphere Lounge & Restaurant DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-22 LAST UPDATED: 2021-05-25 DEADLINE: 2021-06-21

“Atmosphere lounge and restaurant”-ına “Kababçı” tələb olunur.

İşin Təsviri:

• Müxtəlif növ kababların bişirilməsi (Lülə,tikə, basdırma, antrikot);
• Quzunun düzgün formada doğranılması;
• Ətin marinatlanması və düzgün formada doğranılması;
• Kabab sifarişlərinin mükəmməl hazırlanması;
• Kababların hazırlanma qramajına mütləq şəkildə riayət edilməsi;
• Qalıq ərzaq məmulatlarının istifadəsi üçün yolların müəyyən edilməsi;
• İşlərin yoğun olduğu hallarda və ya pik saatlarda digər aşbazların əvəz edilməsi və ya onlara yardım edilməsi;
• Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və təmizlənilməsi.

Namizədə Tələblər:

• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir;
• Diqqətli, məsuliyyətli və cəld olmalı;
• Əti marinatlamaq və düzgün şəkildə doğramaq;
• Komandada işləmək bacarığı olmalı;
• Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.

Əmək haqqı: 700-800 Azn arası;

İş qrafiki: 6 günlük iş rejimi;
Yaş: 25-40;
Həftədə 1 gün istirahət;
Nahar şirkət tərəfindən qarşılanır;
AR-nın ƏM uyğun sənədləşmə.

Ünvan: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz, Z.Xəlilov 25 b.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Kababçı” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP