Nəqliyyat şöbəsinin rəisi
 
JOB TITLE: Nəqliyyat şöbəsinin rəisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: 2021-05-24 DEADLINE: 2021-06-23

Vəzifə : Nəqliyyat şöbəsinin rəisi

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu,

Vəzifə öhdəlikləri :

• Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması
• Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
• Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
• Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
• Nəqliyyat vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasına nəzarət etmək;
• Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət etmək;
• Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət etmək;
• Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi
• Cəmiyyətin nəqliyyat vasitələrinin təmirinin təşkil edilməsinə nəzarət etmək;
• Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək;
• Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
• Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək;
• Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək - Sürücülərin xəttə çıxmazdan əvvəl etibarnamələri hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək;
• Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarının qeyd edilməsinə nəzarət etmək;
• Yanacaq sərfi haqqında hesabatları hazırlanmasına - Alınan ehtiyyat hissələrin siyahısının aparılmasına nəzarət etmək;
• Cəmiyyət Direktoru tərəfindən verlən bütün şifahi və yazılı tapşırıqları icra etmək.

Namizədə olan tələblər

• Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
• Nəqliyyat üzrə ali təhsil arzuolunandır.

İş şəraiti

• 6 günlük iş norması
• Nəqliyyat və yataqxana ilə təmin olunma;
• Nahar ilə təmin olunma;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini companyc802@gmail.com elektron ünvanına (“Nəqliyyat şöbəsinin rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP