Tələbələrlə iş üzrə administrator
 
JOB TITLE: Tələbələrlə iş üzrə administrator
EMPLOYER: StudyLab DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) info@studylab.az ünvanına göndərin.

TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR

Vəzifə öhdəlikləri:

• Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi)
• Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək)
• Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
• Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
• Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması
• Plan göstəricilərinin yerinə yetirilməsi
• Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi
• Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.)
• Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər)
• Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması
• Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi
• Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
• Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
• Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
• Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
• Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər

• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
• Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Şərtlər

• Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
• Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
• İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00)
(bəzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ).
• İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: İyun 25, 2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP