Rəqəmsal Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Rəqəmsal Marketinq üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

Rəqəmsal Marketinq üzrə mütəxəssis

Əmək funksiyaları

- Hədəflər, bazar və rəqib kontekstində düzgün meyarların müəyyən edilməsi,
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması və təhlillərinin aparılması, müştəri ehtiyaclarının müəyyən edilməsi və müştəri yönümlü marketinq planlarının hazırlanması,
- Rəqəmsal Marketinq kampaniyalarının ROI və KPI-larının ölçülməsi,
- Detallı marketinq planlarının, həmçinin müxtəlif məhsul kampaniyalarının hazırlanması və icrası,
- Daimi təkmilləşdirmə və yenilənmələr üçün müştərilər və məhsul sahibləri ilə müştərək təkliflərin hazırlanması və icrası,
- Toplanmış məlumatlar və iradlara cavab olaraq, həmçinin Məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və izlənməsi,
- Davamlı inkişafın saxlanması və lazımi tövsiyyələri vermək üçün müqayisəli analizlərin aparılması, bazar araşdırması üzərindən hesabatların təqdim edilməsi,
- Mərkəzin rəqəmsal kanallar vasitəsilə müştəri sorğularının cavablandırılması
- Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış komandası ilə əlaqələrin daimi saxlanması

Tələblər:

- Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsil
- Yazılı və Şifahi kommunikasiya bacarığı
- Layihə idarəetmə, komandada işləmə bacarığı
- Nəticəyönümlü və tez uyğunlaşma bacarığı
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı

Müraciət:

Tələblərə cavab verən namizədlər mövzu yerində “Rəqəmsal Marketinq üzrə mütəxəssis” qeyd etməklə cv-lərini talentcvbase@gmail.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP