DevOps üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: DevOps üzrə aparıcı mütəxəssis
EMPLOYER: Elektron Hökumətin İnkişafı Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs DevOps üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir!
Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi DevOps üzrə aparıcı mütəxəssis axtarışındadır.

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.

DevOps üzrə aparıcı mütəxəssisin gözlənilən fəaliyyətinə aşağıdakılar daxildir:

- İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatının fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək;
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak;

TƏLƏB OLUNUR:

- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və - idarəetmə qrupu ixtisas üzrə ali təhsili olanlara üstünlük verilir;
- İngilis və rus dilləri üzrə biliklər;
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Əsas texniki bilikər:

- Linux əməliyyat sistemlərinə dair nəzəri və praktiki biliklər;
- Provisioning alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
- Cİ/CD alətlərini başa düşmək və bu alətlərlə bağlı minimum iş təcrübəsinə sahib olmaq;
- Virtualizasiya texnologiyalarını başa düşmək və bu texnologiyalar ilə təcrübə;
- Container texnologiyasını başa düşmək və əhatəli təcrübəyə sahib olmaq
- Container orchestration texnologiyası ilə təcrübəyə sahib olmaq;
- İstənilən versiya kontrol sistemləri ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq;
- Mikroxidmətlər ilə zəruri səviyyədə təcrübəyə sahib olmaq.

Arzu olunan texniki biliklər:

- CentOS
- Ansible
- GitLab CI
- VMware ESXi
- Docker
- Kubernetes
- Git
- Packer
- Terraform
- Helm
- Python

Davranış bacarıqları:

- Peşəkarlıq və məsuliyyətlilik
- Detallara diqqətcillik
- Komanda işi
- Planlama və təşkiletmə
- Aktiv öyrənmə bacarığı
- Vaxtın idarəedilməsi
- Problem analiz etmə

BİZ TƏKLİF EDİRİK:

- Rəqabətə davamlı əmək haqqı
- Performansa görə mükafatlandırma
- Tibbi siğorta
- Zəngin təcrübə və peşəkar inkişaf
- Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat
- Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

- Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.
- Səmərəlilik bütün planlarımızın məqsədidir
- İnnovasiyalar bizi daha da gücləndirir
- Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq
- Siz yox “Biz” prinsipi ilə çalışırıq
- Ortaq məqsədləri paylaşırıq
- Təvəzökarlıq komandamızı irəliyə aparır

Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!

Müraciət üçün:

https://www.digital.gov.az/vacancies/70

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP