Elektrik mühərrikinə texniki xidmətin göstərilməsi üzrə texnik
 
JOB TITLE: Elektrik mühərrikinə texniki xidmətin göstərilməsi üzrə texnik
EMPLOYER: Global Energy Solutions LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

Şirkət: “ Global Energy Solutions” MMC
Vəzifə: Elektrik mühərrikinə texniki xidmətin göstərilməsi üzrə texnik

Vəzifə öhdəlikləri:

• Müxtəlif növdə olan elektrik mühərriklərinin və alternatorların sökülməsi, yoxlanılması, təmiri və yığılması
• Mühərriklərin zədələnmiş hissələrinin təmiri və ya dəyişdirilməsi
• Elektrik mühərriklərinin və alternatorların stator və rotorlarının yenidən sarınması
• Yenidən sarıma üçün bütün təkrar istifadə oluna bilən hissələri hazırlamaq və təmizləmək və gizli, konstruktiv zədələr və ya qeyri-adi vəziyyətlər üçün yenilənmiş hissələri yoxlamaq
• Tələb olunan standartlara əsasən elektrik-mexaniki avadanlıqların yenidən sarınmasını sınaqdan keçirmək və sınaq nəticələrini sənədləşdirmək
• Hər bir iş üçün tələb olunan sənədləşməni düzgün və vaxtında tamamlamaq
• Xüsusi təmir və sınaq avadanlıqlarını işlətmək; buraya dolama maşınları, sınaq panelləri, impuls sınaq cihazları (surge testers), özək itkisi sınaq cihazları (core-loss testers), kəsmə maşınları (cut-off saws), yandırma sobaları, qurutma sobaları, itiləyicilər (grinders), kranlar, çəngəlli yükləyicilər, metal lehimləmə maşınları, daldırma çənləri (dip tanks), VPI sistemləri və əllə istifadə olunan müxtəlif mexaniki və qeyri-mexaniki alətlər daxildir, lakin bunlarla məhdudlaşmır.
• Kritik mexaniki ölçüləri götürmək üçün mikrometr və pərgardan istifadə etmək

Təhsil/Təcrübə və Kvalifikasiya:

• Mexanika və ya elektrik sahəsində orta və ya ali təhsil və ona bərabər tutulan kvalifikasiya və təcrübə.

• Elektrik və ya mexaniki təmir, mühərrikə qulluq edilməsi sahəsində minimum 3-5 illik təcrübə

Maraqlanan namizədlərdən öz CV-lərini elektron poçtun mövzu hissəsində “Elektromotor texnik” vəzifəsini göstərməklə hr@glensol.az ünvanına göndərmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP