İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Zeytun Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23

“Zeytun Pharmaceuticals” MMC - İnsan Resursları üzrə mütəxəssis

Ümumi tələblər

• Ali təhsil;
• Yaş həddi: 21-28;
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
• AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
• İnformasiyanın təhlili və analiz etmək bacarığı;
• Azərbaycan dili, İngilis və Rus dili bilikləri üzrə biliklər;
• Xanım namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri

• E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi;
• Əmək haqqı kartlarının sifariş olunması;
• Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
• İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması;
• Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
• Şirkətə daxil olan məktub, ərizə, arayış, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılması və icrasının təmin edilməsi;
• Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;

İş şəraiti:

• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP