Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: 2021-05-24 DEADLINE: 2021-06-23



Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC yeni layihəsi üçün Satış meneceri vakansiyasını elan edir.

Tələblər:

- Sürücülük vəsiqəsi və avtomobil idarəetmə bacarığı
- Müştəri yönümlülük, təqdimetmə bacarığı
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
- Çevik qərar vermə, ünsiyyətcil olmaq

Vəzifə öhdəlikləri:

- Təyin olunmuş ticarət nöqtələrində şirkətimizə məxsus olan məhsulların satışını həyata keçirmək
- Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etmələrinə köməklik etmək
- Müştəri məmnuniyyətinin təmin etmək və müştərilərin suallarını cavablandırmaq

İş qrafiki

• Növbəli iş rejimi
• İstirahət günü: Həftədə 1 dəfə
• Əmək haqqı: 600-800 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP