Metal konstruksiya üzrə mühəndis
 
JOB TITLE: Metal konstruksiya üzrə mühəndis
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-24 LAST UPDATED: N/A DEADLINE: 2021-06-23



Müəssisə : «Ricon» MMC
Vəzifə: Metal konstruksiya üzrə mühəndis

İş barədə məlumat

• Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
• Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
• Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
• Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.

Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Namizədə tələblər

• Ali təhsil (müvafiq sahədə)
• Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 3 ildən az olmamaq şərtilə
• Komputer bilikləri: MS Office, AutoCad
• Yaşı : 30-55

Maraqlanan namizədlər mövzu yerində Metal konstruksiya üzrə mühəndis yazmaqla öz CV-lərini hr@ricon.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP