Satış analitiki
 
JOB TITLE: Satış analitiki
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-24

Vəzifə: Satış analitiki

İşin təsviri:

- Satış tendensiyasını proqnozlaşdırmaq üçün vaxtaşırı məlumatları toplamaq və analiz etmək
- İstehsal tendensiyasını müəyyənləşdirmək üçün komanda üzvləri ilə mütəmadi olaraq satış tarixçəsini analiz etmək
- Daxili və xarici mənbələrdən istifadə edərək dəqiq hesabatlar hazırlamaq
- Şirkətin uğurlu fəaliyyəti üçün bencmarking aparmaq
- Problemləri, boşluqları tapmaq və həll etmək üçün məlumatları toplamaq, məlumat bazası yaratmaq və analiz etmək
- Şöbə əmkdaşları və digər menecerlərlə sıx ünsiyyət qurmaq, əməkdaşlıq etmək

Namizədə tələblər:

- Satış analizi səriştəliliyi
- Maliyyə və ya marketinq üzrə ali təhsil
-Məlumat bazası, elektron cədvəllər və prezentasiya proqramaları ilə işləmək üzrə dərin biliklər
-Detallarla və sərbəst işləmək, eyni zamanda bir necə funksiyanı icra etmək etmək, təşəbbüskarlıq və yüksək şəkildə vaxtı idarəetmə bacarığı

İş şəraiti və benefit:

- İş qrafiki: 5 günlük
- İş yeri: Ə.Rəcəbli 25 D, Atena Qrup QSC
- Nahar və korporativ xətt verilir.
- Əmək haqqı barədə məlumat müsahibə əsnasında bildirilir.

Müraciət forması:

Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP