Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: Amal Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: 2021-05-25 DEADLINE: 2021-06-24

Təchizat üzrə mütəxəssis tələb olunur.

Vakansiyalar haqqında

İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Təchizat və Logistika Şöbəsinin prosedur və qaydalarına əsasən şöbənin işlərinin aparılmasına dəstək verir;
• Kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
• Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində birbaşa rəhbərliyini məlumatlandırır;
• Alınacaq malların sifarişini hazırlayır və birbaşa rəhbərliyinə təqdim edir;
• Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb edir;
• Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasında iştirak edir;
• Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil edir;
• Ofisdən, Sahədən gələn sifarişləri 1 C proqramına proqramına daxil edir;
• Həftəlik olaraq mühasibatlığa təqdim etmək üçün hesabat hazırlayır:
a) Kassa qalığının hesabatı
b) Həftə ərzində malsatanlardan alınmış materialların hesabatı
c) Firmalara ödənilməli vəsaitin hesabatı
• Yeni alınmış materialların müvafiq anbarlara təhvili prosesində aşkarlanmış zay məhsulun geri qaytarılmasını təmin edir;
• Etibarlı təchizatçıların siyahısını hazırlayır və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlayır.

Təhsil və iş təcrübəsi

• Ali təhsil
• Təchizat zəncirinin idarəedilməsi üzrə sertifikat üstünlük hesab edilir;
• Minimum 2 il qeyd edilən sahə üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr

• Tikinti sahələrində istifadə olunan avadanlıq və materialların texniki göstəriciləri haqqında məlumatlar
• Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); -Digər dillər əlavə üstünlük hesab olunur;
• Ms. Office programları, Excell əla səviyyədə, 1 C 8.3
• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP