Direktor assisstenti
 
JOB TITLE: Direktor assisstenti
EMPLOYER: Amal Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-24

Direktor assisstenti tələb olunur.

İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Müəssisənin şöbələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirirək müəssisə rəhbəri tərəfindən təsdiqlənməsinə köməklik göstərir;
• Direktorun müvafiq tapşırığına əsasən, sorğu materiallarının komplektləşdirilməsini təmin edir, onları sinifləşdirir və sistemləşdirir;
• Gündəlik əməliyyatların uzlaşdırılması və nəzarəti işində direktorla birgə işləyir;
• Direktorun göstərişinə əsasən, kənar təşkilatlara/dövlət orqanlarına göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, daxil olan müraciətlərin cavablandırılmasına köməklik göstərir;
• Direktorun məlumatı çərçivəsində kargüzarlıq işlərini aparır;
• Direktorun tələbi ilə, dövlət orqanlarına/təşkilatlara rəsmi məktublar göndərir;
• Müəssisə daxili idarə və şöbələrə direktorun verdiyi göstərişlərin qeydiyyatını aparır və nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərinə məruzələr edir;
• Direktorun keçirdiyi və ya iştirak etdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görür;

Təhsil və iş təcrübəsi

• Ali təhsil;
• Minimum 1 il qeyd edilən sahə üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr

• Öz işi ilə bağlı normativ-hüquqi aktları və səlahiyyətli orqanların aidiyyəti qərar, sərəncam, əmr və digər rəhbər sənədləri bilməlidir;
• Kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatlarını bilməlidir;
• İşgüzar məktubların tərtib edilməsi, rəhbər materialların saxlanılması, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını bilməlidir;
• Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Rus dili səlis, ingilis dili intermediate səviyyəsində;
• Səmimi, nəzakətli və səbirli yanaşma; Təfərrüatlara diqqət yetirmək və yüksək dəqiqliklə işləmək;
• Cavabdeh və etibarlı olmaq;
• Məlumatı toplamaq və təhlil etmək bacarığı;
• Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarəedilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı);
• Yaş həddi 23-35.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.

Qeyd: Direktor asisstenti üzrə xanım namizədə üstünlük verilir.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP