Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Çinar Park QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-05-25 LAST UPDATED: N/A DEADLINE: 2021-06-24

Web: www.chinarpark.az
Müəssisə: “Çinar Park” QSC
İş qrafiki : 9:00-18:00

Namizədə olan tələblər:

• Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 2,3 il iş təcrübəsi;
• Azərbaycan sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dili arzu olunandır);
• MS Office (xüsusilə Excel), 1C, e-gov.az e-taxes.gov.az, BTP proqramlarını bilməli;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
• Mühasibatlıq üzrə nəzəri biliklər (ACCA F3 sertifikatı olanlara üstünlük veriləcəkdir);
• Yeni hesablar planı üzrə biliklər;
• Vergi qanunvericiliyi üzrə biliklər;

Vəzifə öhdəlikləri:

• İlkin sənədlərin təşkili və uçotu
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun təşkili və nəzarət edilməsi
• Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
• Debitor və kreditor borcların uçotunun aparılması
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi

İş şəraiti:

• İş qrafiki: Həftənin 6 günü: 09:00-dan 18:00-dək
• Əmək haqqı 800 AZN (nett);
• Şənbə qısa iş və bazar günü qeyri iş günüdür,;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Maraqlanan namizədlərdən öz CV-lərini cavid.yusubzada@chinarpark.az poçt ünvanına, mövzu bölməsində Mühasib yazmaqla göndərmələri xahiş olunur.

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP